“Apple” kiçik bir güzəştə görə “Google”dan 20 milyard dollar aldı


2022-ci ildə “Google” öz eyniadlı məhsulunu “iPhone”, “iPad” və “Mac”da defolt axtarış sistemi etmək üçün “Apple”a 20 milyard dollar ödəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məhkəmə işinin materiallarına istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ-nin Ədliyyə Departamenti “Google”u internet axtarışında monopoliyaya malik olmaqda ittiham edib. İT nəhənginə qarşı iddia “Google”un “Apple” ilə sövdələşməsinə yönəlib.
Keçən ilin oktyabr ayında “Microsoft”un baş direktoru Satya Nadella, “Apple” və “Google” arasındakı razılaşmanın “Bing” kimi digər axtarış sistemlərinin İnternet axtarış bazarında rəqabət apara bilməməsini bildirib.
Qeyd edək ki, “Google” əksər ölkələrdə “Apple” cihazlarında standart axtarış sistemidir, lakin istifadəçilər alternativ olaraq “Yahoo”, “Bing”, “DuckDuckGo” və “Ecosia”nı seçə bilərlər.
“Google” antiinhisar iddiasını uduzsa, “Apple” və “Google” arasındakı sövdələşmə sona çata bilər. Hakimin qərarı 2024-cü ilin sonuna qədər veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top